İkidəyişənli sistemi həll etmək üçün sistemdə olan hər bir bərabərsizliyin həllər çoxluğunu ştrixləyin (kölgələndirin). Bu həll bütün bərabərsizliklər üçün ortaq bir oblastdır
Ümumiyyətlə, əgər a və b ədədləri üçün a < b olarsa, onda:
(a, b) intervalında c elə ədədlər çoxluğunu ifadə edir ki, bura c > a və eyni zamanda c < b şərtini ödəyən ədədlər bu intervala daxil olur. Bu açıq intervaldır.
(a, b] intervalında c elə ədədlər çoxluğunu ifadə edir ki, c > a və eyni zamanda c ≤ b şərtini ödəyən ədələr bu intervala daxil olur. Bu, sol açıq, sağ-qapalı intervaldır.
[a, b) intervalında c elə ədədlər çoxluğunu ifadə edir ki, c ≥ a və eyni zamanda c < b şərtini ödəyən ədədlər bu intervala daxil olur. Bu sol qapalı, sağ açıq intervaldır.
[a, b] intervalında c elə ədədlər çoxluğunu ifadə edir ki, c ≥ a və eyni zamanda c ≤ b şərtini ödəyən ədədlər bu intervala daxil olur. Bu qapalı intervaldır.