Nəsirəddin Tusi
Məşhur Maraga rəsədxanasının tikilmək
məsələsi müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom
Nəsirəddin Tusidən soruşur ki,bu qədər xərc nəyə gərəkdir,tikiləcək
rəsədxananin nə xeyri olacaqdır?Buna heç bir cavab vermədən Tusi, hökmdarı şəhər
yaxınlıgına gəzməyə dəvət edir və əmr edir ki,dagın başından bir mis qazan yola
tərəf aşagı tullasınlar.Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi
eşidənlər vahimə içində qaçıb canlarını qurtarmışdılar.Tusi isə
Hülaku-xana demişdi:"Hamımızı qorxuzan bu hadisənin səbəbi bizə aydın idi
və biz sakit oturmuşduq.Eləcə də yer üzərində sakit yaşamaq üçün göydəki
hadisələri öyrənmək lazımdır".