суббота, 17 июня 2017 г.

SAMOSLU PİFAQOR.



                                   Pifaqor

Samoslu Pifaqor
Πυθαγόρας ὁ Σάμιος
Kapitolinischer Pythagoras adjusted.jpg
Samoslu Pifaqorun Kapitol muzeyində (Roma) saxlanılan büstü
Doğum tarixi:m. ö. 570
Doğum yeri:Sidon ya Samos
Vəfatı:m. ö. 490
Vəfat yeri:Mesapontum
Dövr:Qədim yunan
İstiqaməti:Sokratöncəsi fəlsəfə
Əsas maraqları:Fəlsəfə • Riyaziyyat • Həndəsə
Əhəmiyyətli ideyaları:Rəqəmlər fəlsəfəsi • Pifaqor teoremi
Təsirlənmişləri:Ferekid • Fales • Anaksimandr
Təsir etmişləri:Pifaqorçular • Parmenid • Platon • Evklid • Empedokl • Hippasus
Məktəbi:Pifaqorçuluq
Antik fəlsəfə
Sanzio 01 cropped.png

Samoslu Pifaqor ya da PithaqorasPisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras

 Həyat və fəaliyyəti.
təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi.
  1. Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən vermişdir. O Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür.
Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq, antik tarixçi Diogenes Laertius yazmışdır ki, o “Tərbiyə haqqında”“Dövlət haqqında” və “Təbiət haqqında” adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur. Pifaqorun elmi bilgiləri qədim Babil və Misir kahinlərindən alması haqqında rəvayətlər də vardır.
Daha sonra Pifaqor Krotonada “Pifaqorçular ittifaqı (ya da məktəbi)” adlı dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir.
Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların fəaliyyətindən ehtiyat edərək, bu məktəbi darmadağın etmişdirlər. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir. Ancaq başqa xəbərlərə görə o, baş vermiş hadisələrdən üzülərək özünü aclığa məruz qoyaraq ölmüşdür.
Fəlsəfəsi və elmi.
Pifaqorun ideyaları bir çox məqamlarda mistikaya yaxın idi. Ona görə də, sonralar onun məktəbinin ənənələrini yeni-platonçu filosoflar davam etdirmişdilər. Pifaqor bir sıra mənəvi və əxlaqi prinsiplər də irəli sürmüşdür. Onun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür.
Pifaqor həm də ruhların bir bədəndən başqasına köçməsinə (reinkarnasiyasına) inanırdı. Onun fikrincə, hər şey müəyyən vaxtdan sonra dünyaya yenidən gəlir və əslində yeni olan heç nə yoxdur. Ruh günahların ağırlığına görə bədəndə qalmağa məhkumdur. Məqsəd də onu bədəndən azad etməkdir. Buna görə də, mənəvi həyat yaşamaq üçün ət və paxla kimi bəzi yeyəcəklərdən çəkinmək lazımdır[4]. Burada isə qeyd etmək lazımdır ki, Pifaqorun bu kimi yanaşması ilə hind dünyagörüşü arasında bənzərliklər vardır.
Siyasi baxışları.
Pifaqor və onun ardıcılları hakimiyyət məsələlərinə də diqqət yetirirdilər. Onların fikrincə cəmiyyət hakimiyyətsiz yaşaya bilməz. Bu baxımdan da ən yüksək hakimiyyət tanrılara məxsusdur. Onlara hamı ibadət etməlidir. Tanrılardan sonra hökmdarlar, hörmətli insanlar, valideynlər və ən sonda qanunun aliliyi gəlir. Beləliklə, hakimiyyət iyerarxik sistemlə qurulmalıdır.

Dünyanın quruluşu haqqında.

Pifaqorun və onun ardıcıllarının kosmoqonik baxışlarına görə, hər şey 4 ünsür: odsuyer və havadan yaranmışdır. Yer isə kürə şəklindədir[6]. O sonsuz və əbədi boşluqdan yaranıb, o boşluqla nəfəs alır. Bunun nəticəsi olaraq dünya genişlənir və daralır. Bu səbəbdən məkan, zaman, göy cisimləri və onların hərəkəti yaranır. Dünyanın mərkəzində od, baş tanrı Zeusun məbədi və təbiətin qanunu (“fatum” və ya “loqos”) durur. Sonra isə oddan yaranmış və onun ətrafında fırlanan yer, planetlər və ulduzlar gəlir.
Beləliklə, Pifaqor və onun ardıcılları yeri kürə şəklində təsəvvür etmiş və onu dünyanın mərkəzində yerləşdirmişdirlər. Bu baxışlar isə orta əsrlərin sonuna qədər dünya elmi və fəlsəfəsində qüvvədə olmuşdur. Ancaq sonra Nikolay Kopernik (XVI yüzillik) yer kürəsinin dünyanın mərkəzində olmasını inancını şübhə altına almışdır. Sonralar isə inkişaf edən elm sübut etmişdir ki, yer dünyanın mərkəzində yerləşmir.
Pifaqor, həm də “kosmos” anlayışını müasir anlamda, bütün dünyanı əhatə edən sonsuzluq mənasında işlətmiş, onun ahəngini və qanunauyğunluqlarını göstərməyə çalışmışdır.

Riyazi bilikləri.

Pifaqorun çox maraqlı rəqəmlər fəlsəfəsi olmuşdur. O hesab edirdi ki, dünya və çevrəmizdə olan şeylər heç də bizim gördüyümüz və duyduğumuz kimi deyildir. Onlar duyğularımızla yox, düşüncəmizlə qavranıla və anlaşıla bilər. Hər şeyin arxasında bir birlik durur. Əlbəttə dağ dağdır, insan insandır, daş daşdır. Ancaq, bu kimi müxtəlifliyin bir başlanğıcı, birləşdirici nöqtəsi vardır. Bu da rəqəmlərdir. Onlar hər şeyin pərdə arxası və başlanğıcıdır, çünki istənilən şeyi rəqəmlə göstərmək mümkündür, hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. Məsələn, suyun miqdarını litrlə, ağırlığın çəkisini kiloqramla, bitkilərin sayını ədədlə göstərmək olar. Deməli, rəqəmlər hər şeyin əsasında durur.[7]
Beləliklə, dövrünün başqa filosoflarından fərqli olaraq Pifaqor hər şeyin ilkin səbəbini maddədə deyil, dərk olunmayan şeylərdə axtarırdı. Sonralar bu fikri Platon daha da inkişaf etdirərək ideyalar haqqında təlimlə çıxış etmişdir. Bu baxımdan Pifaqoru fəlsəfi idealizmin yaradıcısı hesab etmək olar. Ancaq onu da qeyd etmək lazımdır ki, bu kimi fikirlər ondan öncə Misir və Babil kahinlərinin arasında da yayılmışdır. Ehtimal olunur ki, Pifaqor mistikanı məhz onlardan öyrənmişdir.
Daha sonra rəqəmlər fəlsəfəsini Pifaqorun ardıcılları daha da inkişaf etdirmişdirlər.

Həndəsi bilikləri..

Eyni zamanda, rəqəmlər həndəsi mənada da anlaşılırdı. Nöqtə Bir rəqəmini ifadə edirdi. Bu rəqəm isə hər şeyin başlanğıcı və əsası hesab edilirdi. Pifaqor üçün Bir rəqəmi həm də Tanrıdır. Başqa şeylər isə müxtəlif rəqəmlərin cəmidir. Belə ki, iki nöqtədən düz xətt alınır, üç nöqtə isə artıq düz müstəvidir. Dörd nöqtə isə fəzadır. Bu rəqəm dörd ünsür olan od, yer, su və havanın təməlində durur ki, bu da hər şeyin başlanğıcında duran səbəbdir.
Həmçinin, bu nöqtələrdən üçbucaq, dördbucaq və s. fiqurlar yaranır. Üçbucaq dünyaya gəlmənin və hər şeyin yaradılmasının səbəbidir. Dördbucaq Tanrı təbiətinin təcəssümüdür.
Pifaqor, dövrünün ən bilikli adamlarından biri olmuş, bir çox elmi nəzəriyyələrin yaradıcısı idi. Onun ən məşhur elmi kəşfi “Pifaqor teoremi” adlanan düzbucaqlı üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunudur. Cüt və tək ədədli rəqəmlər haqqında riyaziyyat təlimini, rəqəmlərin həndəsi anlamı nəzəriyyəsini də Pifaqor kəşf etmişdir.

Комментариев нет:

Отправить комментарий