SIFIR (0)
İnsanlar “sıfır” kimi bir ədəd haqqında 2000 il əvvələ qədər eşitməmişdilər.Bizim eradan 450 il əvvəl Orta Amerikada yaşayan Maya qəbiləsində sıfırdan istifadə edildiyi haqda sübutlar var.Heç təsəvvür olmur ki, orta əsrlərdə avropa riyaziyyatçılarının bu haqda məlumatları yoxdur və ən mürəkkəb tənliklərin həlli zamanı onsuz keçinirdilər.Hətta bu haqda öyrəndikdən sonra uzun müddət ondan istifadə etməyə cəsarət etmədilər – belə ki, bu ədəd heç nə hesablamır.Lakin təcrübə göstərdi ki, “sıfır” da “təkər”in yaradılması kimi mütərəqqi həlledici bir ixtiradır.Bəs onlar “sıfır” olmadan necə yaşayırdılar?
İlk öncə onu xatırladaq ki, qədim hesablama sistemlərinin çoxu – rum rəqəmlərindən ibarət olan mövqesiz say sistemləri idi. Bu say sistemlərində isə onluqları və yüzlükləri təsvir etmək üçün sıfıra ehtiyac olmurdu.Hər bir yuxarı mərtəbə ucun yeni simvol (I–1, V–5, X–10, L–50, C–100, D–500, M–1000) vardı.
İstənilən ədəd isə bu simvollarin cəmi səklində yazilir. Lakin ədədlər böyüdükcə, nəinki riyazi əməliyyatların aparılması, hətta onlarin oxunması da çətinləsirdi.Romalılar hesablamaları aparmaq ücün abak adlanan hesab lövhəsindən istifadə edirdilər. Bu lövhələr bir qədər dəyişilmiş şəkildə günümüzə qədər gəlib çıxmışlar. Lakin indi bu lovhələri elektron kalkulyatorlar əvəz etmisdir.Abaklarda bir neçə mövqe sırası - təklik, onluq, yüzlük sıraları olurdu. Əgər 202 kisə buğdanı qeyd etmək lazım gəlirdisə, yüzlük və təklik sırasından 2 düymə əks tərəfə kecirilirdi. Bu zaman onlar arasındakı onluq sırasında “boşluq” alınırdı. Bu boşluq sıfrı göstərirdi.
Əvvəllər bu “boşluq” bir “xətt” kimi göstərilirdi. Sonralar yunan astronomu Klavdi Ptolomey “O” hərfindən istifadə etmişdi. “0” simvolu isə ilk dəfə hindlilərin yazılarında istifadə olunmuşdur.
VII əsrdə hindlilər sıfırdan doqquza qədər bütün rəqəmləri təsvir etdilər ki, bu da bütün ədədlərin yazılmasını mümkün etdi.Hindistandan yayılan sıfır, XIV əsrdən etibarən Avropada da istifadə edilir. “Sıfır” sözü böyük ehtimalla ərəbcə “ صفر ” (sıfr) sözündən alınmışdır. Sıfr isə hind dilində “ boş” mənasını verən “sunya” sözünün tərcüməsidir
Vektor –fəzada müəyyən uzunluga və müəyyən istiqamətə malik olan
parçadır.”Vektor” latın sözüdür hərfi mənada daşıyan ,aparan deməkdir.Vektor
termini riyazi termin kimi 1845 –ci ildə
görkəmli İrlandiya riyaziyyatçısı V.P.Hamilton (1805-1865 ) tərəfindən riyaziyyata
daxil edilmişdir.
Bölmə-Bölmə
əməlini göstərmək üçn" : "işarəsini riyaziyyata 1694-cü ildə alman
riyaziyyatçısı Leybnis daxil etmişdir.
Vətər-Çevrənin
hər hansı iki nöqtəsini birləşdirəndüz xətt parçasıdır.Vətər gərilmiş ip mənasını verən”korde” yunana sözündən
götürülmüşdür.Daha ümumi şəkildə desək,vətər,əyri xəttin ixtiyari iki nöqtəsini
birləşdirən düz xətt parçasıdır.Bu terminlər ərəb dilinə vatar ,kays və saxem
sözləri kimi daxil edilmişdir.”Vətər” ərəblərin “vatar”söcagın sözündən götürülmüşdür.
Vurma- Vurma əməlini göstərmək
üçün lazım olan(∙) (nöqtə) işarəsini
riyaziyyata 1631-ci ildə Xariott daxil
etmişdir.
Diaqonal-termini "dia"(iki)"qonios"(bucaq) kimi iki yunan sözlərinin birləşməsindən alınmışdır.Mənası isə bir bucagın təpəsi ilə digər bucagın təpəsindən keçən düz xətdir.Lakin Evklid və Qədim Yunan riyaziyyatçıları çox hallarda ,məsələn ,düzbucaqlıda bu termini yox "diametr" terminini işlətmişlər.Bundan xeyli sonra çevrə daxilinə düzbucaqlının çəkilməsi tapıldı və "diametr" bir həndəsi termin kimi orada öz təbiq yerini tapdı.Diaqonal ,XVIII əsrdən başlayaraq daha geniş miqyasda işlədilir.
Diametr - mərkəzdən keçməklə çevrənin hər hansı iki nöqtəsini birləşdirən vətərdir.Diametr iki radiusa bərabərdir.Bir dairənin radiusları bərabər oldugundan ,bütün diametrləri də bərabərdir.Diametr yunan sözüdür və bu tərəfindən obiri tərəfinə ölçmək ,eninə kəsən deməkdir.
Diskriminant- kvadrat tənliyin köklərinin xarakterini müəyyən edən D= b2-4ac ifadəsinə deyilir.Diskriminant latın sözüdür və fəqləndirən ,ayırd edən mənasında işlədilir.
Hipetonuz -düzbucaqlı üçbucada düz bucaq qarşısında duran tərəfdir. Hipetonuz termini "nəyinsə altı ilə dartıb uzatmaq","çəkib birləşdirmək"mənalarını verən "ipoteynuza" yunan sözündən götürülmüşdür.
Katet-termini əvəllər "şaqul","dik istiqamət","perpendikulyar" mənalarında işlənən "katetos"yunan sözündən irəli gəlmişdir.Orta əsrlərdə "katet"düzbucaqlı üçbucagın hündürlüyünü ifadə edirdi."katet" bir termin kimi həndəsə elmində XVII əsrdən başlayaraq müasir mənada işlənməyə başlamış və XVIII əsrdən isə geniş yayılmışdır.
Kəsr -