Zenon Eley b.e.ə(490-425) İtalyan filosofu | |
Bir dəfə italyan filosofu Zenona tələbələri belə bir sualla müraciət edirlər :"Müəllim!Sən biliklərə bizə nisbətən xeyli artıq sahib olduguna baxmayaraq, aşkar aydın olan sualların cavabının dogruluguna həmişə şübhə edirsən.Nə üçün?".Əsa ilə qum üzərində biri böyük ,o biri kiçik olan iki dairə çəkib qoca deyir:"Böyük dairənin sahəsi - bu mənim dərk etdiklərim,kiçik dairənin sahəsi -bu isə sizin dərk etdikləriniz olsun.Gördüyünüz kimi mənimki sizinkindən çoxdur.Ancaq bu dairələrdən kənarlarda qalan hamısı nə mənim ,nə də sizin dərk etmədiklərimiz olsun. Razılaşın ki, böyük çevrənin uzunlugu içik çevrənin uzunlugundan çoxdur,ona görə də mənim biliklərimin dərk edilməyənlərlə sərhəddi sizinkinə nisbətən çoxdur.Bax buna görə də mən buna şübhə edirəm."
Комментариев нет:
Отправить комментарий