Güzgünün kəşfi
Günümüzdən 4 min əvvəl, Şumerlər, Hindlilər, Misirlilər və İtaliyanın şimal seqmentlərində, yanardağ lavalarının parlaq artıqlarının cilalanmasıyla, görünüşü əks etdirən ilk aynalar kəşf edildi. İlk şüşə güzgülər isə 12-ci əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib. İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi. Gümüşləmə üsuluyla ayna əldə etmə texnikası isə 14-cü əsrdə Venedikdə inkişaf etdirildi. Venediklilər, bir şüşə təbəqəsinin arxa səthinə civə sürtərək, ayna etməyi bacardılar və otarixdən sonra bu şüşə parçası, xüsusi ilə qadınların əllərindən düşməz oldu. İlk otaqlarda yerləşdirilən böyük aynalar isə ilk dəfə 14-cü əsrdə Almaniyanın Nürnberg şəhərində kəşf edildi.
Şüşə ustaları,
üfləmə üsuluyla şüşə kürələr meydana gətirdikdən sonra, bunları ortadan
ikiyə bölürlər, sonra da iç qisimlərini incə bir civə təbəqəsiylə örtərək
aynanı əldə edirlər. Müasir texnologiyalarla ayna əldə etməyin
yollarını isə, 1835-ci ildə Alman kimyaçısı Justus von Liebig tərəfindən kəşf
edildi. Gümüşnitrat xüsusi bir üsulla şüşəyə töküldüyündə, içindəki gümüş
şüşəyə yapışır və beləcə də son dərəcə dəqiq görünüş verən bir ayna əldə
edilirdi.
Комментариев нет:
Отправить комментарий