пятница, 8 сентября 2017 г.

ARXİMED


                           Arximed



Arximed
Portret
Doğum tarixi:E.ə. 287–ci il
Doğum yeri:Siciliya adası, Sirakusi şəhəri
Vəfatı:E.ə. 212–ci il
Yazan:Ərgün Səmədov
Arximed (d. E.ə. 287 – ö. E.ə. 212) — Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı və fiziki.
Arximed e.ə. 287–ci ildə Siciliya adasında yerləşən Sirakuza şəhərində riyaziyyatçı ailəsində anadan olmuşdur. Onun atası Fidia (yun. Phidias), Siciliyanın şahı II Heronun dostu riyaziyyatçı və astronom olub, oğluna yaxşı təhsil vermişdir. Arximed bir müddət İsgəndəriyyənin Musey məktəbində təhsil aldıqdan sonra Sirakuzayaya qayıdır və ömrünün sonuna kimi orada yaşayır. İsgəndəriyyədə olduğu vaxtda o riyaziyyatçı və astronom Eratosfenlə görüşür və ondan dərs alır. Arximed geriyə qayıtdıqdan sonra uzun müddət onunla yazışır. Muzeyin kitabxanasında məşğul olan Arximed DemokritinEvdokisinEvklidin və başqa məşhur alimlərin işləri ilə yaxından tanış olur.
Arximedin anadan olduğu il, bizanslı tarixçi Johannnes Tzetzesin (Johannnes Tzetzes) əlyazmalarında Arximedin 75 il yaşamasını yazması əsasında hesablanır. Bir çox tarixi qaynaqlarda Sirakuza şəhərində romalıların hücumu zamanı b.e.ə. 212-ci ildə qətlə yetirilən Arximedin 75 il yaşadığı güman edilərək 287-ci ildə anadan olduğu deyilir. Arximedin ölümünü təsvir edən müxtəlif tarixi əlyazmalar bizə gəlib çatmışdır. Bu səlnamələr bir-birindən yalnız xırda detallarla fərqlənərək onların hamısı Arximedin öz həndəsi məsələsinin həlli üzərində düşünən zaman romalı əsgər tərəfindən qətlə yetirildiyi bildirilir. Plutarx (yun. Plutarch) yazır ki, Arximed vəfatından qabaq onun qəbri üstündə içərisində kürə olan silindri və onun üzərində bu həndəsi fiqurların bir-birinə olan münasibətini, yəni 2:3 həkk edilməsini vəsiyyət edibmiş.
B.e.ə. 75-ci ildə Plutarx Siciliyaya səyahət edən zaman həmin silindri Arximedin qəbri üstündə aşkar edir.

İşləri

Arximed İsgəndəriyyədə təhsil aldıqdan sonra Sirakusiyaya yetişmiş bir riyaziyyatçı kimi qayıdır. Əsasən riyaziyyatla məşğul olan Arximed öz işlərini bir neçə əlyazmasında çəmləşdirmişdir. Onun riyaziyyat haqqındakı aşağıdakı elmi əsərləri bizə gəlib çatmışdır:
  • "Konoida və sfereoidlər",
  • "Spiral haqqında",
  • "Qum rəqəmləri",
  • "Üzən cisimlər",
  • "Kürə və silindr",
  • "Çevrənin ölçülməsi",
  • "Tarazlıqda olan səthlər".
Bunlardan yalnız sonuncu üç əsər indiyə qədər orijinal formada qalmışdır. Yerdə qalan əsərlər müxtəlif vaxtlarda müxtəlif adamlar tərəfindən köçürülüb və izahatlar əlavə edildiyindən, hətta onların xronoloji ardıcıllığını müəyyənləşdirmək çətinlik yaradır.
Arximed bir riyaziyyatçı kimi fəaliyyət göstərsə də o dövrünün gündəlik problemlərin həllindən də kənarda qalmamışdır. Sirakusiyada yaşayan Arximed özünün ilk işlərindən bir neçəsini mexanikaya həsr edir. Lingin və polipastin işləmə prinsipi, vint, cisimlərin ağırlıq mərkəzi və Arximed qanunu mexanika sahəsində onun etdiyi vacib ixtiralardandır. Bundan əlavə Arximed o dövrün ən məşhur mühəndis və konstruktorlarından sayılırdı. Misirdə olduğu zaman tarlaları suvarmaq üçün ixtira etdiyi Arximed vinti, nizələri, oxları və mərmiləri uzaq məsafələrə atmaq üçün işlədilən katapultlar, gəmiləri batırmaq üçün kranlar Arximedin şöhrətini əbədiləşdirən işlər olmuşlar. Onun tərəfindən müxtəlif həndəsi fiqur və cisimlərin səthinin sahəsi və həcminin təyin edilməsinin yeni metodları işlənib hazırlanmış, çevrənin uzunluğunun hesablanması düsturu təklif edilmiş, hidrostatika və nəzəri mexanikanın təməli qoyulmuş, planetari, suqaldırıcı maşın, atıcı döyüş topları və s. düzəldilmişdir. [1]. Təəssüf olsun ki, bu maşınlar və başqa ixtiraları haqqında Arximed heç bir əlyazma qoymamışdır. Plutarx bu haqqda yazır:" Arximed elmlə o qədər məğrur idi ki, ona şöhrət gətirən ixtiralar haqqında o heç bir əsər yazmamışdır." Buna baxmayaraq Arximedin "oyuncaqlar" adlandırdığı qurğular böyük tarixi ixtiralar olduğundan onun ölümündən sonra antik dövrün bir çox mühəndislərinin əsərlərində özünə yer tapmışdır. Bu maşınların böyük praktiki əhəmiyyəti onları nəsildən-nəsilə ötürərək illər boyu yaşatmışdır.
Arximedin bir mühəndis kimi etdiyi ilk ixtira lingin köməyi ilə yüklərin qaldırılmasında tətbiq olunan qüvvənin azaltması olmuşdur. Ondan əvvəl də yüklərin tərpədilməsində linglərdən, onların tətbiqinin mexanizmini bilmədən istifadə etmişlər. Ancaq Arximed ilk dəfə olaraq lingin işləməsi nəzəriyyəsini işləyərək, tətbiq olunan qüvvə, qüvvə qolu ilə qaldırılan yük, yükün qət etdiyi yol arasındakı münasibəti göstərmişdir. Tarixdə "qızıl qol qaydası" kimi qalan qanun, yəni "qüvvədəki qazanc yolda itirilən məsafə ilə tərs mütənasibdir" kəlamı da Arximedə aiddir.

Arximed vinti
Arximed vintinin ixtirası da tarixdə antik dövrün məşhur mühəndisi olan Arximedin adı ilə bağlayırlar. Vintin dəqiq tarixi məlum deyil. Belə güman edilir ki, insanlar vintin formasını təbiətdən götürmüşlər. Məsələn, ilbisin yuvasını və ya üzüm tənəyini vint formasına misal göstərmək olar.
Bu vintin işləmə prinsipi çox sadədir. Arximed vinti, indi bizə məlum olan sonsuz vintdən başqa bir şey deyildir. Sonsuz vint bir ucundan aşağıda yerləşən su çənində hərəkətli yerləşdirilir, o biri ucu isə müəyyən hündürlükdə yerləşən çəndə hərəkətli bərkidilir. Vintə fırlanma hərəkəti verildikdə vintlər arasında qalan su kütləsi hər dəfə yeni götürülən suyun hesabına yuxarıya sıxılaraq hərəkət etdirilir. Vintin ixtirasından sonra o, qaldırıcı maşınlarda, preslərdə və böyük qüvvə tələb olunan başqa maşınlarda da bu günə kimi geniş tətbiq edilir. Bu günkü maşınqayırmanın inkişafını vintlərsiz təsəvvür etmək çətin olar.




    Archimedes

    Archimedes
    Portrait
    Date of birth:
    E. 287 year
    Birthplace:
    Sicily Island, Siracusa
    Death:
    E. 212
    Written by: Ergun Samedov
    Archimedes (AD 287 - AD 212) - Ancient Greek scholar, mathematician and physicist.
    Archimedes He was born in 287 in the family of mathematician in the city of Syracuse in Sicily. Her father, Fidia (Widi Phidias), was a friend of mathematician and astronomer, Hero II, Hero of Sicily, and educated her son well. Archimedes went back to Syracuse after graduating from Alexandria's Musey School for a while, and lived there until the end of his life. When he was in Alexandria, he met and matched the mathematician and astronomer Eratosfen. Arximed writes for a long time after he returns. Archimedes Demokritin, Evdokisin, Evklidine and other well-known scholars who are involved in the museum's library.
    The year Arximed was born on the basis of the fact that Aristimed wrote about the existence of 75 years in the manuscripts of the biblical historian Johannnes Tzetzes (Johannnes Tzetzes). In many historical sources, during the attack by the Romans in the city of Siracusa, It is said that Archimedes, who was killed in 212, was 75 years old and was born in 287 BC. Various historical manuscripts describing the death of Archimedes have come to us. These episodes differ from each other only in small details, and all of them are reportedly killed by a Roman soldier who thinks of Arximed's solution to his geometric problem. Plutarch writes that before Archimedes died, his celestial cylinder and the geometric figures on it were inscribed on it, ie 2: 3 engraved.
    B. When traveling to Plutarch Sicily in 75 BC, that cylinder was discovered on the Archimedes tomb.
    Jobs
    Archimedes returns to Siracusa as a mathematician after graduating from Alexandria. Arximed, who is mainly engaged in mathematics, has dug up his work in several manuscripts. His following works of mathematics have come to us:
    "Konoida and Spheroids",
    "About Spiral",
    "Sand figures",
    "Floating bodies",
    "Glue and cylinder",
    "Surrounding Measurement",
    "Equilibrium surfaces".
    Only three of the last three works remain the original form. The works remaining on the ground have been moved by different people at different times and explanations are added, and even their chronological sequence is difficult to identify.
    Although Archimedes works as a mathematician, he has not only been able to solve everyday problems of that era. Archimedes, who lives in Siracusa, dedicates some of his first works to mechanics. The principle of linging and polypastine work, the screw, the center of gravity of the objects, and the law of Archimedes is one of the important discoveries in the field of mechanics. In addition, Archimedes was considered one of the most famous engineers and designers of that era. The Archimedes screw, which he invented to irrigate the fields when he was in Egypt, catharsis used to disperse the spears, arrows and missiles, and the cranes to immerse the boats were things that perpetuated Arximed's fame. He has developed new methods for determining the area and volume of the various geometrical figures and the surface of the surfaces, the formula for calculating the length of the circumference, the basis of the hydrostatics and theoretical mechanics, planetary, snoring machines, shooter battles and so on. adjusted. [1]. Unfortunately, Archimedes did not make any manuscripts about these machines and other inventions. Plutarch writes, "Archimedes was so proud of science that he did not write about any of the works that made him glorious." Nevertheless, the devices referred to as "toys" are of great historical inventions, and after his death, he found himself in the works of many ancient engineers. The great practical significance of these machines has been extending over the years through passing them from generation to generation.
    The first invention, made by engineer Arximed, was to reduce the force used to lift the load with the help of ling. Prior to that, they used the lingers without knowing the mechanism of their application. However, for the first time, Archimedes worked on the theory of linguistic theory, the force applied, the weight gained by the arm, and the attitude of the load. The word "golden rule" in the history refers to Archimedes as the word "profit in force is inversely proportional to the distance lost on the road".

    Archimed screw
    The invention of the Archimedes screw is also linked to the name of Archimedes, a famous engineer of antiquity. The exact date of the vint is not known. It is assumed that people have removed the screw shape from nature. For example, it can be shown an example of a screwdriver or a grape vine.
    The principle of operation of this screw is very simple. Arximed screw, apart from the infinite screw we now know

    Комментариев нет:

    Отправить комментарий