Mövzu: Mötərizələrin
açılması
Standart:1.2.1. Tam ədədlər üzərində hesablama əməllərini
yerinə yetirir.
1.2.2.Vurma və bölmənin
xassələrini tətbiq edir.
Təlim nəticələri:
Mötərizəni aça
bildiyini nümayiş etdirir.
Vurmanın paylama xassəsini
mötərizələrin açılmasına tətbiq edir.
İş forması: kollektiv və qruplarla iş
İş üsulu:beyin həmləsi,müzakirə Resurs:dərslik,İKT
avadanlıqları,iş vərəqi
Dərsin
gedişi
Problemin
qoyulması.Motivasiya.
Lövhədə 28-(12+5) və 28 +(12 + 5 ) ədədi ifadəsi
yazılır.Şagirdlərdən bu ifadələrin necə
yerinə yetirildiyini soruşuram.Şagirdlər aşagıdakı cavablara uygun rəylər
bildirirlər: birinci ifadədə 12 və 5 ədədinin cəmini 28 dən çıxırıq və ya 28 dən
əvvəl 12 –ni,sonra isə 5- çıxırıq.İkinci ifadədə 28 ədədinin üzərinə əvvəlcə
12,sonra isə alınmış cəmin üzərinə 5 əlavə edirik.Bu təkliflərin riyazi ifadə şəklində
yazılmasını təklif edirəm.
28+ ( 12+ 5 )=28 + 12 + 5=45 və ya 28 – (
12 + 5 )=28 -12- 5= 11
Şagirdlərin diqqətini hər
iki ifadənin yazılışına yönəldirəm.
“ Bu yazılışlarda nə etdik?”sualı
müzakirəyə qoyulur.
Şagirdlər tərəfindən “mötərizələrin
açıldıgı” cavabını almaga çalışıram.
Tədqiqat sualı :İfadələrin sadələşdirilməsində mötərizələrin
açılmasının
əhəmiyyəti nədir?
Burada şagirdlərin diqqətini mötərizənin
yazılmadıgına və mötərizənin daxilindəki işarələrin necə dəyişdiyinə yönəldirəm.
Aşagıdakı sualla uşaqlara müraciət edirəm:
Sual:Uşaqlar
burada nə baş verir?
Şagirdlərin bu barədə fikirlərini
dinləyirəm.
Cavab:Mötərizənin qarşısında mənfi işarəsi
olduqda mötərizənin açılması zamanı onun daxilindəki
toplananların işarəsinin əksinə dəyişir.
Cavab:Mötərizənin
qarşısında müsbət işarəsi olduqda mötərizə
daxilindəki toplananların işarəsi
oldugu kimi qalır.
Tədqiqatın aparılması: Dərslikdəki № 1-
7 tapşırıqları ayrı-ayrı işçi vərəqləri şəklində tərtib edilir.Bu tapşırıqları
yerinə yetirmək üçün şagirdləri qruplara bölürəm.
İşçi vərəqi-1.
Verilmiş ifadələrin fərqini və cəmini yazın və
sadələşdirin.
a a)
(-8-
b) + ( a +23 ) =
b)
(-8-b)-
(a +23 ) =
İşçi vərəqi-2
a=-25 olduqda aşagıdakı ifadənin qiymətini tapın
-6 (2a-7) + 3=
İşçi
vərəqi-3.
Aşagıdakı tənliyi həll edin
-12-( 15 + x )=28
İşçi
vərəqi -4
a + b =35 olarsa,
42 +a -58+b
ifadəsini sadələşdirin
Ümumiləşdirmə
və nəticə:
Yenidən tədqiqat sualına
qayıdıram şagirdlərin fikirlərini ümumiləşdirərək
aşagıdakı yekun fikri
vurgulayıram.”Mötərizələrin açılması ilə hesablama işini sadələçdirmək və nəticəni əlverişli yolla əldə etmək mümkündür”
Qiymətləndirmə:Şagirdlərin dərs boyu cavablarını ,iştirakını 3 səviyyədə
qiymətləndirirəm.
Комментариев нет:
Отправить комментарий