V sinif riyaziyyat
Çoxluq anlayışı
Çoxluq riyaziyyatın
ilk riyazi anlayışlarindan biridir. O müxtəlif obyektlərin (kitabların,
dəftərlərin, qoyunların, atların, uiduzların, ədədlərin, fiqurların və s)
toplusudur.
Çoxluğu əmələ gətirən
obyekt onun elementi adlanır.
Məsələn: həndəsi
fiqurlardan ibarət çoxluğu həndəsi fiqurlar çoxluğu adlandirsaq onun
elementləri çevrə, dairə, üçbucaq, dördbucaq, prizma, piramida və sairə olar.
Çoxluqlar böyük
mötərizələrin köməyi ilə yazılır, latın əlifbasının böyük hərfləri A,B,C,……..,Z
ilə işarə olunur.
Məsələn:A={a,b,c,ç}
a-nın A çoxluğunun elementi olması €-daxildir
işarəsinin köməyi ilə a€ A kimi, p-nin A çoxluğunun elementi olmaması daxil
deyil işarəsi ilə p€A kimi işarə yazılır. Çoxluqlar elementlərinini sayına görə
sonlu və sonsuz olur.
Sonlu sayda elementi olan çoxluğa sonlu çoxluq
deyilir.
Əlifbamızdakı hərflər və yasəslər çoxluqları {32 hərf,
34 səs } sonlu çoxluqlardır.
Elementlərinin sayı sonsuz olan çoxluğa sonsuz çoxluq
deyilir.
Ulduzların, ədədlərin (natural ədədlərin) əmələ
gətirdiyi çoxluqlar sonsuz çoxluqlardır.
Natural ədədlərdən ibarət olan çoxluğa natural ədədlər
çoxluğu deyilir.
Natural ədədlər çoxluğu N={1,2,3,4….} şəklində
yazılır. 1 ən kiçik natural ədəddir, ən böyük ədəd yoxdur. Natural ədədlər
çoxluğu sonsuz çoxluqdur.
Heç bir elementi olmayan çoxluq boş çoxluq adlanır və ᴓ işarəsi ilə yazılırş
Məsələn: 7 və 8 arasında yerləşən natural ədədlər
çoxluğu boş çoxluğudur (yəni 7 və 8) arasında natural ədəd yoxdur.
Çoxluqların birləşməsi
İki çoxluqdan heç olmasa birinə (və yahər ikisinə)
daxil olan elementlərdən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi
deyilir.
A={1,2,3,4,5,6} və B={4,5,7,8} çoxluqların birləşməsi
A U B={1,2,3,4,5,7,8} çoxluğudur(U- birləşmə işarəsidir.)
Çoxluqların birləşməsini Venn diaqramı vasitəsi ilə
əyani şəklində təsvir etmək olar.
İstənilən çoxluğun boş çoxluqla birləşməsi özünə
bərabərdir.(A U /O=A)
A U A =A
Çoxluqların kəsişməsi
İki çoxluğun ortaq elementlərindən yaranan çoxluğa bu
çoxluqların kəsişməsi deyilir.
Qutuda müxtəlif rəngdə kürələr vardı Vasif qutudan ağ,
sarı, mavi rəngli, Elçin mavi, yaşıl, bənönşəyi rəngli kürələr götütdü. Hansı
rəngdə kürə uşaqların hər ikisində var? -Mavi, rəngdə uaşqların zövqü eynidir,
maraqları kəsişir.
A={a,ı,o,u}-qalın saitlər və B={o,ö,u,ü} -dodaqlanan
saitlər şoxluqlarının ortaq elemetlərindən təşkil olunmuş
C={o,u }çoxluğuna A və B çoxluqlarının kəsişməsi
deyilir, C= A Ƞ B kimi yazılır.A Ƞ B={o,u}
Çoxluqların kəsişməsini Venn diaqramının köməyi ilə
daha aydın şəkildə təsvir etmək olar.
Ortaq elementi olmayan çoxluqların kəsişməsi boş
çoxluqdur.
C={a,ı,o,u} D={ə,i,ö,ü} olduqda C Ƞ D =/O
İstənilən çoxluğun boş çoxluqla kəsişməsi boş
çoxluqdur. Özü ilə kəsişməsi özünə bərabərdir. C Ƞ C= C
Bərabər çoxluqlar. Alt çoxluq
Bərabər çoxluqlar. Alt çoxluq
Bir – birindən yalnız elementlərinin düzülüşünə ilə
fərqlənən çoxluqlar bərabər çoxluqlardır. Məsələn, C={3,5,7,9} çoxluğu
D={7,3,5,9} çoxluğuna bərabərdir. (C=D)
Əgər iki çoxluqdan birinin bütün elementleri o biri
çoxluğa daxildirsə, onda birinci çoxluğa ikinci çoxluğun alt çoxluğu deyilir.
Cüt ədədlər çoxluğu natural ədədlər çoxluğunun alt
çoxluğur. Cüt ədədlər çoxluğunu A={2,4,6,8,10…………} natural ədədlər çoxluğunu
N={1,2,3,4,5,6,7,8,9,10….}
Bərabər çoxluqlardan biri digərininalt çoxluğudur.
MÖVZU: Venn diaqramının tətbiqi ilə məsələ həlli
Standartlar: 1.1.4.İki sonlu çoxluğun birləşməsini və
kəsişməsini tapır.
Dərsin tipi: İnduktiv.
İş formaları: Fərdi,cütlərlə.
İş üsulları: Müzakirə, beyin həmləsi.
İteqrasiya: Həyat bilgisi, Azərbaycan dili, Çoxluqlara
aid mövzular.
Resurslar: Dərslik, iş vərəqləri, kompyuter,
proyektor.
Şagird bacarıqları:
1.Müəyyən qanunauyğunluqlara əsasən verilmiş
çoxluqları yazır.
2.Çoxluqların kəsişməsini və birləsməsini tapır.
3.İki çoxlugun kəsişməsini və birləşməsini Eyler- Venn
diaqramları ilə təqdim edir.
Sinifə daxil olub salamlaşıram və əhvallarını
soruşuram. Sinif numayəndəsinin sinif davamiyyəti haqqindakı məlumatı
dinləyirəm. Ev tapşirıqlarına nəzarət edib başa düsmədikləri başa
salıram.Keşmiş dərsə aid sual-cavab edirəm.
Sonra onlara “HƏYAT” adlı hekayə oxuyuram
Tanrı yaratdığı varlıqları müxtəlif çoxluqlarda
yerləşdirərək həyat kürəsini nizamladı. Zamanla çoxluqlar birləşərək böyümək,
kəsişərək ortaq gəlib zamana hakim olmaq istədilər. Lakin nə qədər
genişlənsələr də dairəvi məkanin elementi olaraq təkrarlanan zamandan asılı
oldular. Birləşdikdə fərqli elementlərdən, kəsişdikdə yalnız ortaq
elementlərdən ibarət olduqlarrından həyatın, günəşin, torpağın, havanın, suyun
bir hissəsi oldular.
Sonra sinifə aşağıdakı suallarla müraciət edirəm;
Hekayədən çoxluqların kəsişməsi və birləşməsi haqqında
hansı nəticə çıxartdınız? Fikirlər müxtəlif olur, hər fikirə hörmətlə yanaşıb
və fikirləri ilə bölüşürəm.
Davamı olaraq heyvanlar, quşlar, rəqəmlər, həriflər
olan çoxluqlar şəkillərini təqdim edirəm.tapşırıqlar verirəm.
1. Rəqəmlərdən və ya həriflərdən ibarət çoxluqların
birləşməsini və kəsişməsini yazırlar .
2. İnternetdən və kitablardan öyrəndikləri məlumatlara
əsasən heyvanları müəyyən qanunauyğunluqlara görə (məsələn, ət yeyən və ot
yeyən) çoxluqlara ayırırlar.
Onlarında birləşməsini və kəsişməsini tapırlar.
Tədqiqat sualı: Çoxluqlara aid məsələləri Eyler- Venn
diaqramında təsvir etməklə həll etmək olarmı?
Tədqiqatın aparılması:Azəri cizgi filimləri nümayiş etdirirəm.
Tədqiqatın aparılması:Azəri cizgi filimləri nümayiş etdirirəm.
1.Tülkü həccə gedir.
2.Tık-tık xanim
Cizgi filimlərindən 1-ci və 2-ci filimlərdəki hansı
personajlar iştirak etdiyini sorusuram. Onlar cizgi filimlərə A və B çoxluqları
kimi baxıb yazırlar. Sonra tülkünün hiyləgərliyini əks etdirən hər iki cizgi
filimdə birlikdə neçə personal olduğunu soruşuram. Bu işi çoxluqların
birləşməsini Eyler-Venn diaqramında təsvir etməklə yerini yetirmələrini
tapşırıram. Şagirdlər verilənləri Venn diaqramında təsvir etməklə cizgi
filmindəki personajları müəyyənləşdirirlər.
Diqqəti məsələ həllinə yönəltmək üçün şagirdlərə fərdi
yanaşır və onlara iki variantda hazırladığım iş vərəqlərini paylayıram. Onlarda
tapşırıqları işləyərk həm çoxluqların birləşməsini və kəsişməsini tapır,həm də
müxtəlif şəkillərə uyğun məsələləri Venn diaqramın köməyi ilə həll edirlər.
İş vərəqləri paylayıram:
1. Çoxluqların birləşməsini yazın və Eyler- Venn
diaqramında təsvir edin.
A=(heyvanlar) B=(quşlar)
2. Azərbaycanın işğal olunmuş rayonların adlarından
ibarət iki sonlu çoxluq yazıb, çoxluğun kəsişməsini tapın və Eyler-Veen
diaqramında təsvir edin.
3. Rəqəmlədən və həriflərdən ibarət iki və daha çox
sonlu çoxluq yazın və kəsişməsini tapın və Eyler-Venn diaqramında təsvir edin.
4. Azərbaycanın işğal olunmuş rayonlarının adlarından
ibarət iki sonlu çoxluq yazıb,çoxluğun birləşməsini tapın və Eyler-Veen
diaqramında təsvir edin.
Tapşırıqların yerinə yetirilməsinə ayrılan vaxt
bitdikdən sonra hər qrupdan bir şagird işləri təqdim edir. Müzakirə aparırıq,
səhv və düzgün cavablar müəyyənləşdiririk.
Eyler-Veen diaqramında məsələlərin həlli üçün
aşağıdakı nəticəyə gəlirik.
1)Əvvəlcə hər iki şoxluğa aid olan elementləri
diaqramların kəsişdikləri hissədə yerləşdirməliyik. Elementləri diaqramda
nöqtələrlə, işarələrlə, rəqəmlərlə və s.göstərmək olar.
2) Fərqli elementləri diaqramların kəsişmədikləri
hissələrdə qeyd edirik. Bu zaman diaqramın bütün hissələrindəki elementlərinin
sayına bərabər olur.
Yaradıcı tətbiqetmə:
Müzakirələrdən sonra ümumi sinifə hazirladığım iş
vərəqlərini paylayıram.
Sinifdəki 28 şagirddən hər biri ya Səməd Vurğunun,ya
da Bəxtiyar Vahabzadənin heç olmasa bir şerini əzbər bilir. Yalnız Səməd
Vurğunun şerini bilənlər 20 nəfər, Bəxtiyar Vahabzadənin şerini bilənlər isə 16
nəfərdir. Şagirdlərdən neçəsi həm Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin
şerlərini əzbər bilirlər.
Evə tapşıriq verirəm ,əlavə olaraq şagirdlərə evdə
xoşladıqları meyvə və tərəvəzlər haqqında internetdən məlumat toplamağı,
yoldaşı ilə ortaq zövqləri(1 nəfərlə) müəyyənləşdirməyi tapşırıram.
Qiymətləndirmə:
Qruplarin fəaliyyətini
qiymətləndirmək üçün həm mövzu ilə bağlı, həm də meyarlar əks olunmuş
qiymətləndirmə cədvəlindən istifadə edirəm.
Qiymətləndirmə
Комментариев нет:
Отправить комментарий