V sinif proqramında “ Məlumatlar, qrafik formalar”
mövzusuna 3 saat nəzərdə tutulmuşdur.1-ci saatda qrafik formalar haqqında ilk
anlayışlar verilir.İkinci saatda keçdiyim dərs təcrübəmi sizinlə bölüşmək
istəyirəm.
Mövzu: Məlumatlar,
qrafik formalar
Standart:5.1.2
Toplanmış məlumatları müəyyən xüsusiyyətlərinə görə
sistemləşdirir cədvəl və ya diaqramlar şəklində təqdim edir.
Dərsin məqsədi:
1.Məlumatları təqdimetmə bacarığını nümayiş etdirir.
2.Verilmiş məlumata uyğun qrafik forma seçir.
3.Məlumatlara uyğun barqraf,telqraf,histoqram,zamandan
asılı xətti qrafik qurur.
İş üsulu: Beyin
həmləsi,müzakirə,suallar,təqdimat.
İş forması: Böyük və kiçik quruplarla iş.
Resurslar: Müəllim üçün vəsait, dərslik, işçi vərəqləri, İKT.
İnteqrasiya: Həyat bilgisi, İnformatika, Azərbaycan dili
Dərsin gedişi
Şagirdlər, indiyə qədər istər məktəb həyatı ilə bağlı
istərsədə məktəbdən kənar situasiyalar üzərində məlumatları toplama və təqdim
etmə tapşırıqları yerinə yetirmisiniz.
Biz gündəlik həyatda qəzətlərdə, televizorda,
internetdəəhalinin artımı, sosial vəziyyəti, təhsili, məşğuliyyəti,gəliri,
xərci və s.haqqında məlumatlara rast gəlirik.Həm dövlət həmdə ölkə əhalisi üçün
çox əhəmiyyətli məlumatlar daim toplanır, ümumiləşdirilir təhlil edilir və
nəticələr çıxarılır.Bu nəticələr bizə müxtəlif formalarda təqdim olunur.
Sizcə,bu məlumatları hansı qrafik formalarda təqdim
etmək daha məqsədəuyğundur?
Motivasiya
Şagirdlər asanlıqla
qrafik formaları müəyyənləşdirirlər.
Tədqiqat sualı:
Hansı qrafik forma nə
zaman əlverişlidir?
Tədqiqat sualı
ətrafında araşdırma və müzakirə aparmaq üçün şagirdlər 5 qrupa ayrılır.
Qruplar:
1.Barqraf qrupu
2.Piktoqram qrupu
3.Telqraf qrupu
4.Xətti qrafik qrupu
5.Dairəvi qrafik qrupu
Qruplara işçi
vərəqləri təqdim olunur.
I qrup
I QRUP |
II QRUP |
I
I I I qrup
III QRUP |
Hər qrup lideri öz
işini təqdim edir. Müzakirələr aparılır.
Nəticə
Müəllim diqqəti
tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını ümumiləşdirir.
Bir günlük rejiminizi
dairəvi diaqramla təqdim edin.
Qiymətləndirmə
Комментариев нет:
Отправить комментарий