пятница, 8 сентября 2017 г.

Qotfrid Leybnis

                        Qotfrid Leybnis


Qotfrid Vilhelm fon Leybnits
Gottfried Wilhelm Leibniz
Gottfried Wilhelm von Leibniz.jpg
Doğum tarixi:1 iyul 1646
Doğum yeri:LeypsiqAlmaniya
Vəfatı:14 noyabr 1716 (70 yaşında)
Vəfat yeri:HannoverAlmaniya
İmzasıİmza
Qotfrid Vilhelm fon Leybnis — alman filosof, riyaziyyatçısı, fiziki və hüquqsünas, ikilik say sistemi layihəsinin müəllifi. İnteqral hesabının yaradıcılarından biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
"Məndə o qədər yaxşı fikir var ki,əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnis 1 iyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur.

                    Fəaliyyəti.

Hüquq və fəlsəfə təhsili alan Leybnis XVII əsr Avropa siyasəti və diplomatiyasında önəmli rol oynamışdır. Eyni dərəcədə fəlsəfə və riyaziyyat elmlərinə də misilsiz töhfələr vermiş Leybnits ingilis alimi Nyutondan tam müstəqil olaraq Hesab (və ya Riyazi analiz) (Calculus) elmini ixtira etmiş, faktiki olaraq müasir kompüterlərinn əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaratmışdır. Fəlsəfədə isə ən çox Optimizm nəzəriyəsinə görə xatırlanır. Optimistik nöqteyi-nəzərdən çıxış edən Leybnits əsərlərində yaşadığımız kainatın məhdud mənada, Allahın yarada biləcəyi ən mükəmməl məkan kimi qəbul edirdi.
21 iyun 1646 -cı ildə alman riyaziyyatçısı, dahi filosof, hüquqsünas, ikilik say sistemi layihəsinin müəllifi Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz) anadan olmuşdur. Hüquq və fəlsəfə təhsili alan Leybnis XVII əsr Avropa siyasəti və diplomatiyasında önəmli rol oynamışdır. Eyni dərəcədə fəlsəfə və riyaziyyat elmlərinə də misilsiz töhfələr vermiş Leybnis ingilis alimi Nyutonun kəşflərindən xəbərsiz tam müstəqil olaraq hesab (və ya riyazi analiz) (Calculus) elmini ixtira etmiş, faktiki olaraq müasir kompüterlərin əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaratmışdır.
1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Rene Dekart və Baruş Spinoza kimi filosoflarla birgə Lebnits XVII əsr Avropa fəlsəfəsində rasionalistik fəlsəfi cərəyanın ən qabaqcıl nümayəndəsi sayılır. Lakin Lebnits fəlsəfəsində Sxolastik fəlsəfi elementlər də aydın sezilməklə məntiq və analizin müasir anlamını üç əsr qabaqlayır.
Bundan əlavə Leybnis fizika və texnologiyaya böyük töhfələr verməklə müasir biologiya, tibb, geologiya, ehtimal nəzəriyyəsi, psixologiya elmlərində istifadə olunan tərif və terminləri müəyyən etmişdir. O həmçinin siyasət, hüquq, əxlaq, dinşünaslıq, tarix və filologiya elmlərinə də böyük xidmətlər etmiş, arabir isə şerlər də yazmışdır. Onun bu nəhəng elmi fəaliyyəti ayrı-ayrı jurnallarda, on minlərlə məktublarda və nəşr olunmamış əlyazmalarında qalmaqdadır. Günümüzə qədər Leybnitsin yazıları bütöv bır şəkildə nəşr olunmamış və onun elmə etdiyi əvəzsiz xidmətlərin tam miqyası hələ ki müəyyən olunmayıb.
1679-cu ildə Qotfrid Leybnis “Explication de l’Arithmétique Binaire” adlı məqaləsində müasir ikilik say sisteminin tam və geniş təsvirini vermişdir.

Комментариев нет:

Отправить комментарий