суббота, 9 сентября 2017 г.

Riyaziyyat ilə əlaqədar maraqlı məlumatlar



Riyaziyyat ilə əlaqədar maraqlı məlumatlar


Riyaziyyat sözü antik yunan dilində məlumat, öyrənmək, işləmək mənasını verən “máthēma”sözündən gəlməkdədir.
Riyaziyyat insanoğlunun sonsuz mənalandırma qabiliyyətinin müdhiş bir məhsuludur. Həyatı, təbiəti və kainatı anlamaq üçün ən yaxşı yoldur. Amma bir az qarışıq olduğu üçün insanların bir qismi bu elmi sevmir. Halbuki riyaziyyat çox sirrli və əyləncəli yanlara da sahibdir. Bir az bu elmin sirrli və əyləncəli yönlərinə diqqət edək:
1) 2520 rəqəmini 1 və 10 arasındakı tam ədədlərin hamısına tam bölünebilen ən kiçik rəqəmdir.
2520 ÷ 1 =2520                  2520 ÷ 6 =420
2520 ÷ 2 =1260                 2520 ÷ 7 =360
2520 ÷ 3 =840                   2520 ÷ 8 =315
2520 ÷ 4 =630                   2520 ÷ 9 =280
2520 ÷ 5 =504                   2520 ÷ 10 =252

2) 1089 × 9 =9801  
Yəni cavab 1089 rəqəminin tərini verir – 9801

3) 111.111.111 × 111.111.111 = 12.345.678.987.654.321
Alınan cavab çox maraqlıdır 12345678987654321

4) Oyun kartları düzgün qarışdırıldıqda eyni sıranın təkrar meydana gəldiyi tarixdə görülməmişdir, ehtimalla görülmeyecektir də. Təsadüfi qarışdırılan bir kart dəstəsinin başqa bir dəfə qarışdırıldıqda eyni sırayla bərabər gəlmə ehtimalı haradasa sıfırdır.

5) Riyaziyyatda X ərəbcə “şey” sözündən gəlir. X ya da şey anlayışıRiyaziyyata ərəb riyaziyyatçılar tərəfindən qazandırıldı. Şey zamanlaX-e çevrildi.

6) Eyni şəkildə 0 (sıfır) da ərəb riyaziyyatçılar tərəfindən tapıldı və istifadə edildi. Sıfır ərəbcədən “sifr” sözündən gəlir.

7) Taylandda internet yazışmalarında 555 yazaraq gülərlər, bunun səbəbi 5-in ha olaraq tələffüz edilməsidir. Yəni 555 “hahaha” olaraq oxunur.

8) Asiya qitəsinin çox hissəsindədə 4 rəqəmi uğursuz rəqəm kimi qəbul olunur.

9) Dünyanın ən çox sevilən rəqəmi 7-dir7 arifmetik olaraq digər rəqəmlərə bənzəməz. Çünki 7-dən fərqli digər rəqəmlər bir şəkildə bir-birləri ilə bölünüb, toplanıb vurulur. 3 ise ikinci sevilən rəqəmdir.

10) Yalnız 6-lardan ibarət hesablama   6 × 9 + 6 + 9 = 69

11) 0 Sıfır Rum rəqəmləri ilə ifadə edilə bilməyən tək ədəddir.

12) Pizzanın Həcmi =?  Əgər əlinizdə pizza şəklində basıq bir silindr varsa və həcmini hesablamaq istəyirsinizsə, radiusu Z  yüksəkliyi Aolaraq ələ alsaq ortaya çıxan düstur belə olar –   Həcm = Pİ × Z × Z × A

13) 23 nəfərlik bir insan birliyində eyni gün doğulan iki insan olma ehtimalı 50 faizdir. Buna doğum günü paradoksu adı verilir. Otaqdakı adam sayı 75 olsa doğum günü eyni olan iki insan olma şansı 99 faizə çıxar.
14) Riyaziyyatçılara görə qalstuk bağlamağın 177 147 fərqli yolu vardır.

15) Maraqlı bir statistikaya görə saqqız çiynəyən şagirdlər riyaziyyatdasaqqız çiynəməyən şagirdlərə nisbətən daha yaxşı nəticə verirlər.

16) 1,2,3,4,5,6,7,8,9 ədədlərini bir dəfə istifadə edərək 100 rəqəminə çatmağın 4 fərqli yolu aşağıdakı kimidir:
123-45-67+89=100                      123-4-5-6-7+8-9=100
123+4-5+67-89=100                   1+23-4+5+6+78-9=100

17) 1900-ci ildə riyaziyyat haqqında bilinən hər şey kitablaşdırıldı və ümumi 80 kitab yazıldı. İndiki vaxtda bu rəqəm 100 mindən çox olduğu təxmin edilməkdədir.

18) İnsanların 73 faizi aşağıdakı hesablamanın cavabını səhvhesablayır. Cavab: 20-dir
4 × 4 + 4 ×4 + 4 – 4 ×4 = ?

Müəllif: 


Комментариев нет:

Отправить комментарий