суббота, 9 сентября 2017 г.

Şagirdlərin şəxsiyyət kimi formalaşmasında riyaziyyatın rolu


Fənn kurikulumlarının səciyyəvi cəhətlərindən biri onun şəxsiyyətyönümlü olması, təhsilalanın fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədricən çevrilir. İradəsi, müstəqilliyi, ağlı və yaradıcı təfəkkürü ilə. Bura, həmçinin, gentarixi şərait, müəyyən dövr ərzində yaradıcı və qurucu fəaliyyət də daxildirSosial mühüt də şəxsiyyətin formalaşmasında zəruridir. Şagirdlər sosial normaları əldə etmələrinə çalışmalıdırlar. Şəxsiyyəti müəyyən edən amillərdən biri də xarakterlə bağlıdır. Hər bir insandaxarakter təlim-tərbiyənin nəticəsində formalaşır. Düzgün təlim və tərbiyə düzgün xarakteri müəyyən edir ki, nəticədə şəxsiyyət olmağa doğru mühüm addımlardan biri atılır. Ümumtəhsil məktəblərində müəllimlərin şagirdlərə aşıladığı biliklər, ideyalar şəxsiyyət olmağa təsir edən amillərdəndir.
Bu baxımdan ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən olan riyaziyyatın şəxsiyyətin formalaşmasında daha mühüm rolu vardır. O, zehni inkişafın əvəzedilməz vasitəsi, müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır. Riyaziyyat fənni idraka əsaslanan elmdir. Məktəbdə riyaziyyat tədrisinin ən başlıca məqsədlərindən biri şagirdlərə hadisə və faktları düzgün dərk etməyi öyrətməkdir. Başqa fənlərdə olduğu kimiriyaziyyat dərslərində də maraqlı qurulmuş  motivasiya şəxsiyyət kimi formalaşmaqda olan şagirdin təfəkkürünü inkişaf etdirir.   Dərs dediyim şagirdlərdə materialları yeni yanaşmalar nöqteyi-nəzərindən təqdim etməklə, riyazi nəzəriyyələrin məntiqini və mahiyyətini göstərməklə elmi müddəaları eksperimental əsaslandırmaqla yanaşı onların şəxsiyyət kimiinkişaf etməsinə də çalışıram.  Məsələn, şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların təfəkkürünün inkişafında riyazi məntiqin rolunu nəzərə alaraq bu istiqamətdə müvafiq  aparıram.
Riyazi məntiq şagirdlərin müstəqil fikir yürüdə bilmək, faktları seçib ayırmaq, öz ideyasını əsaslandırmaq, yaradıcılıq, tənqidi yanaşma kimi bacarıqlarını  üzə çıxarır.  Şagirdlərə həndəsə kursununbaşlanğıcında olan "Nöqtə,  düz xətt, şüadüz xətt parçası" mövzusuna uyğun belə bir tapşırıq verirəm. Kağız üzərində doqquz nöqtə qoyun. Qələmi kağız üzərindən çəkmədən elə dörd ədəd düz xətt çəkin kidüz xətlər bütün nöqtələrdən keçsin. Tədqiqat sualını belə qoymaq olar: nöqtə,  düz xətt, şüadüz xətt parçası kimi fiqurlardan   hansı həndəsi fiqurları düzəltmək olar?
II tapşırıq:   "sual işarəsinin" yerinə hansı ədəd olmalıdır? 4-25, 5-36, 8-81, 10-?
Cavab: a)100, b)101, c)121, d)144, e)131.      Tədqiqat sualını isə belə qoymaq olar:  "Ədədlərin kvadratları  kubu"nu bilmək nəyə lazımdır
Şəxsiyyətin formalaşmasında motivasiyalardan istifadənin rolu.
Məqsədəuyğun  qurulmuş  motivasiyadüzgün qoyulmuş  tədqiqat   sualı da şagirdin şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərən amillərdən biridir.
Məsələn, "Şifahi hesablamamövzusunu  təkrar edərkən şəkildən  orada yazılmış misaldan  motivasiya yaratmaq üçün istifadə edirəmƏvvəlcə şagirdləri məlumatlandırıram ki,  rus rəssamı N.P.Boqdanov-Belskinin   "Xalq məktəbinin  riyaziyyat dərsində şifahi hesablama"   adlanan əsəri  real insanaMoskva Dövlət Universitetinin riyaziyyatçı professoru S.A.Raçinski  kəndli şagirdlərə həsrolunubRəssam özü  həmin müəllimin şagirdi olub. Şəklə baxan şagirdlər misaldan əvvəl onu diqqətlə izləyirlərözlərini onların yerində hiss edirlər.
Şəkildəki yazı lövhəsində yazılmış misal isə belədir:
Tədqiqat sualını belə qoyuram:   Siz bu misalı hansı əlverişli üsulla həll edə bilərsiniz?
Şagirdlərdən hansısa misalı yazılı şəkildə həll etmək istədikdə şərti ("Şifahi hesablama") ona xatırladıram.
Şəxsiyyətin formalaşmasında dahi şəxsiyyətlərin həyat  yaradıcılıqlarından söhbətlərin  mühüm rolu vardır.
Bu məqsədlə tanınmış riyaziyyatçıların həyatından misallar gətirirəm. Məsələnrəvayətə görəbir nəfər yunan riyaziyyatçısı Pifaqordan onun məktəbində neçə şagird oxuduğunu soruşanda Pifaqor onabelə cavab verir: "Şagirdlərimin yarısı riyaziyyatı,  hissəsi təbiəti öyrənir,  hissəsi dinməz-söyləməz düşüncələrə dalır  qalan 3 nəfəri isə qızlardır". Pifaqorun neçə şagirdi var idi?
Yaxud başqa bir misalBir otlaq sahəsini 70 inək  24 günə, 30 inək 60 günə yeyə bilər.  Neçə inək 96 günə bu otlaq sahəsini yeyib qurtara bilər? (Cavab: 20 inək)
Tarixisənədlibədii,  fantastik filmlərin lazımi məqamda şagirdlərə göstərilməsi  onların şəxsiyyətinin inkişafına müsbət təsir göstərir.
Əbəs deyil kiRusiya Federasiyasının Təhsil Nazirliyi dərs cədvəlinə həftədə bir saat kinofilm dərsi salıb. Filmi bütövlükdəya da ondan bir hissəni göstərmək  şagirdlərin şəxsiyyət kimi böyüməsinətəsir edirhəm  onlarda keçilən mövzuya marağı artırır.
Həndəsədən şagirdlərə "Pifaqor teoremimövzusunu izah edərkən  "Elektronikin macəralarıkinofilmindan riyaziyyat dərsində robot şagirdin-Elektronikin  Pifaqor teoreminin 20 cür isbatı olanhissəsini göstərirəmTədqiqat sualını belə qoymaq olar:  "Pifaqor teoremi"ni bilmək   üçün lazımdır(Məlumat üçün demək olar kibu filmi motivasiya kimi ana dilimusiqibədən tərbiyəsi  digərdərslərdə  göstərmək olar). Riyaziyyat müəllimləri yaxşı bilir kiteoreminlemmanın  müxtəlif üsullar ilə isbatını vermək şagirdlərdə yaradıcılıq meylini artırırTəcrübəmdən deyə bilərəm kişagirdlərdərslikdə olan teoremin bir isbatı ilə qane olmayıbözləri yeni isbat metodları axtarırlar.
Riyaziyyat dərslərində şagird şəxsiyyətinin formalaşdırılması zamanı gündəlik həyatımızdan götürülmüş problemlər  onların həlli yollarını araşdırmaq yaxşı effekt verir. Yeddinci sinif cəbr  dərsliyində "Birhədlinin çoxhədliyə vurulması"  mövzusunu şagirdlərə izah edərkən fəvvarənin  prinsipini yada salıram.
Sonra şagirdlərə fərq  oxşarlığı aydınlaşdırıram. Tədqiqat sualı belə ola bilərvurma əməlinin paylama xassəsini bilmək nəyə lazımdır?
Altıncı sinif riyaziyyat dərsliyində "Tənliklərin həllimövzusunu izah edərkən şagirdlərdən soruşuramturist bir ölkənin sərhədindən digər ölkənin sərhədinə hansı şərtlərlə  keçə bilər?  Tədqiqat sualıolaraq lövhədə tənlik yazıram. Şagirdlər isə onun həlli yollarını araşdırırlar. 
Riyaziyyat dərslərində şəxsiyyətin formalaşmasını müəyyən edən amillərdən çox danışmaq olar. Fikrimcədərs əsnasında müəllim riyaziyyat fənninin mühümlüyündən  həyati əhəmiyyətindənmüasir elmin nailiyyətlərindən söhbət açmaqla bərabərşagirdlərin daxili aləminixarakteriniiradəsini  tədricən formalaşan şəxsiyyətini  inkişaf etdirməlidir.

Şəfəq FAZİLOVA,

Комментариев нет:

Отправить комментарий