понедельник, 14 августа 2017 г.

HÜŞSUZLUGU İLƏ MƏŞHUR OLAN ALİM







Norbert Viner-Amerikalı alim,görkəmli riyaziyyatçı,filosof,kibernetika və süni intellekt nəzəriyyəsinin banisi

  (26 noyabr1894 -18 mart 1964)


Kibernetikanın atası sayılan Norbert Viner özünün huşsuzluğu ilə məşhur imiş. Ailəsi yeni mənzilə köçərkən onun həyat yoldaşı təzə evin ünvanı yazılmış vərəqi onun cibinə qoyur. Xamım gözəl bilirdi ki, onun əri evi başqa cür tapa bilməyəcək. Lakin buna baxmayaraq, elə birinci gün işdə ağlına yaxşı bir ideya gələn Viner cibindəki həmin kağızın üzərinə tez-tələsik nə isə cızma-qara edir və dərhal da yazdığı düsturun səhv olduğunu başa düşüb kağızı zibil yeşiyinə tullayır. Axşam heç bir şey olmamış kimi özünün köhnə ünvanına yollanan alim evdə artıq heç kimin yaşamadığını görərkən özünü itirmiş halda küçəyə çıxır. Birdən özünə gəlib yaxınlıqda dayanmış bir qıza yaxınlaşıb deyir: «Bağışlayın yəqin siz məni tanıyırsınız. Mən professor Vinerəm və mənim ailəm bu yaxınlarda buradan köçmüşdür. Siz deyə bilməzsiniz ki, hara köçüblər?» Qız ona diqqətlə qulaq asandan sonra cavab verir: «Doğrudur, atacan, anam elə bilirdi ki, sən təzə ünvanı unudacaqsan, ona görə də məni bura sənin dalınca göndərdi.».

Комментариев нет:

Отправить комментарий