понедельник, 14 августа 2017 г.

UNİVERSİTET OXUMAMIŞDIR,ANCAQ NƏTİCƏDƏ DAHİ RİYAZİYYATÇI OLDU.


  UNİVERSİTET OXUMAMIŞDIR,ANCAQ NƏTİCƏDƏ DAHİ RİYAZİYYATÇI OLDU.  

Qodfri Hardi (1877 - 1947) (ing. Godfrey Harold Hardy) — məşhur ingilis riyaziyyatçısı.
Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir



                                  



Srnivsa Rmnujan(22 dekabr1887-26 aprel 1920)-Hindistan riyaziyyatçısı.Xüsusui riyazi təhsil almadan ,ədədlər nəzəriyyəsi sahəsində gözəl nəticələr almışdır.




     1913-cü ildə Kembric universitetində məşhur riyaziyyatçı Hardiyə məktub gəlir. Konvertin üstündə yazılan müəllifin adı yəni Ramanuca Srinivazə (1887-1920) heç kimə məlum deyildi. Məktub Hindistanın Mədrəs vilayətindən gəlmişdi. Müəllif yazırdı ki, universitet oxumamışdır, orta məktəbdən sonra müstəqil olaraq riyaziyyatla məşğul olmuşdur. Məktubla birlikdə düsturlar da göndərilmişdi. Müəllif yazırdı ki, əgər düsturlar bir maraq kəsb edirsə onları çap edin. Çünki o özü kasıb adamdır və buna imkanı yoxdur. Bu düsturlar əvvəlcə Hardinin təəccübünə səbəb olur, sonra onu maraqlandırır və nəhayət dəhşətə gətirir. Hardi başa düşür ki, qeyri-adi istedada malik olan bir insanla rastlaşmışdır. Qısa məktublaşmadan sonra Hardidə Ramanucanın elmə məlum olmayan 120 yeni düsturu toplanır. Çox keçmir ki, o dünya şöhrəti qazanır. Spinivazə Ramanucanı çox vaxt riyaziyyatın Paqaninisi adlandırırlar.İngilis riyaziyyatçısı H.Hardi bir dəfə öz dostu və həmkarı olan hind riyaziyyatçısı S.Ramanucanı 1729 nömrəli faytonla yoluxmağa gedir. Hardi söhbət zamanı gəldiyi faytonun nömrəsini xatırlayıb deyir ki, «çox darıxdırıcı ədədlərdir». Rəmənucan dostuna etiraz edərək deyir ki, əksinə 1729 ədədi çox maraqlı ədəddir. Siz bir diqqət edin: o elə ən kiçik ədəddir ki, onu iki müxtəlif üsulla iki ədədin kubları cəmi şəklində göstərmək olar.

Комментариев нет:

Отправить комментарий